Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsi sabah Sabir Bağında piket keçirəcək

Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsi sabah Sabir Bağında piket keçirəcək
# 21 may 2007 12:31 (UTC +04:00)
Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsi sabah Sabir Bağında piket keçirəcək. Bu barədə APA-ya Gündəlik Azərbaycan qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu məlumat verib. Onun sözlərinə görə, aksiya saat 14.00-da başlayacaq. Aksiyada mətbuata qarşı təzyiqlərə son qoyulması, həbsdə olan jurnalistlərin azad edilməsi, qəzetlər üzərindəki məhkəmə qərarlarının ləğv olunması tələb ediləcək. Ş. Çobanoğlu piketlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edildiyini, amma şəhər rəhbərliyinin bu müraciətə cavab vermədiyini bildirib.
BŞİH-nin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov isə APA-ya açıqlamasında bildirib ki, jurnalistlərin sabahkı piketi ilə bağlı onlara heç bir müraciət daxil olmayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR