Rəşid Hacılı “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə ilə görüşüb

Rəşid Hacılı “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə ilə görüşüb
# 22 may 2007 09:16 (UTC +04:00)
Media Hüquqları İnstitutunun direktoru, vəkil Rəşid Hacılı 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə ilə görüşüb. R. Hacılı APA-ya açıqlamasında bildirib ki, müdafiə etdiyi şəxslər onlara qarşı rəftardan narazı olmadıqlarını bildiriblər: “Amma onları 30 nəfərlik, darısqal bir kamerada saxlayırlar. Məncə, bu, doğru hal deyil və standartlara uyğun gəlmir”.
Həbsdə olan jurnalistlərin digər vəkili Aslan İsmayılov isə APA-ya bildirib ki, o, artıq Yasamal Rayon Məhkəməsinin R. Kəbirli və Y. Ağazadənin həbsi barədə hökmünün surətini əldə edib və bu günlərdə apellyasiya şikayəti verəcək.
Xatırladaq ki, R. Kəbirli və Y. Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin mayın 16-da qəbul etdiyi qərarla 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR