Rəşid Hacılı yenə “Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşı ilə görüşüb

Rəşid Hacılı yenə “Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşı ilə görüşüb
# 23 may 2007 11:36 (UTC +04:00)
Media Hüquqları İnstitutunun direktoru, vəkil Rəşid Hacılı bu gün yenidən 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə ilə görüşüb. Bu barədə APA-ya açıqlamasında R.Hacılı bildirib. Onun sözlərinə görə, R. Kəbirli və Y. Ağazadənin saxlanma şəraiti barədə narazılıqları yoxdur.
Vəkil deyib ki, artıq Yasamal Rayon Məhkəməsinin R. Kəbirli və Y. Ağazadənin həbsi barədə hökmündən apellyasiya şikayəti hazırdır. Onun sözlərinə görə, Apellyasiya Məhkəməsinə təqdim olunacaq ərizədə Yasamal Rayon Məhkəməsinin hökmünün səhv olduğu əsaslandırılacaq və ləğv edilməsi xahiş olunacaq.
Xatırladaq ki, R. Kəbirli və Y. Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin mayın 16-da qəbul etdiyi qərarla 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR