“Gündəlik Azərbaycan” və Realnıy Azərbaycan” qəzetləri fəaliyyətini rəsmən dayandırıb
23 may 2007 12:34 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu, adıçəkilən qəzetlərin rəhbərliyinə daxil olan şəxslərin, Redaktorlar Birliyinin və hüquq müdafiəçilərinin iştirakı ilə keçirilən birgə toplantıda bəyan edilib. “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu APA-ya açıqlamasında bildirib ki, artıq onların qəzetlərin çapını bərpa etmək üçün texniki imkanları yoxdur: “Təsərrüfat subyekti olaraq da problemlərimiz var. Bütün bunlara, bizə qarşı olan münasibətlərə, Eynulla Fətullayevin ailəsinin və özünün ağır durumuna etiraz əlaməti olaraq qəzetin fəaliyyətini dayandırdıq. Bu qərarı mən vermişəm”.
Ş. Çobanoğlu qəzetin nə zaman nəşrini bərpa edəcəyinin hələ məlum olmadığını deyib. Onun sözlərinə görə, toplantıda iştirak edən media orqanlarının rəhbərləri, hüquq müdafiəçiləri qəzetlərin nəşr olunmadığı müddətdə kollektivdə çalışan şəxsləri işlə təmin edəcəklərini bildiriblər. /APA/

Media
Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması ilə bağlı əsassız məlumat yayan iki nəfər müəyyən edilib
17:33
8 aprel 2024
Azərbaycanda yeni radio yayıma başlayır
17:20
5 aprel 2024
TikTok-da şəhidlərimizin olması barədə saxta xəbərlərlə əlaqədar müvafiq tədbirlər görülür
10:45
31 mart 2024
Bakıda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclası keçiriləcək
17:47
29 mart 2024