Əflatun Amaşov Bişkekdə keçiriləcək beynəlxalq konfransda iştirak edəcək

Əflatun Amaşov Bişkekdə keçiriləcək beynəlxalq konfransda iştirak edəcək
# 24 may 2007 11:23 (UTC +04:00)
İyunun 12-15-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində “KİV-də özünütənzimləmə” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə APA-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. MDB məkanından və Avropa ölkələrindən dəvət olunan ekspertlərin iştirak edəcəyi tədbirdə Qırğızıstanda Mətbuat Şurasının yaradılması istiqamətində də müzakirələr aparılacaq. Ə. Amaşov bildirib ki, bir qədər əvvəl Bakıda keçirilən eyni məzmunlu tədbirin Bişkekdə də keçirilməsi təşəbbüsü ilə Qırğızıstan tərəfi çıxış edib. Onun sözlərinə görə, qırğızlar MDB məkanında ilk Mətbuat Şurasının onun rəhbərlik etdiyi qurumun təcrübəsindən yararlanmaq niyyətindədirlər. Bu məqsədlə Ə. Amaşov qeyd edilən tədbirə ekspert qismində dəvət olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR