KİV-də rəsmi reklamların və elanların yerləşdirilməsi mövzusunda dəyirmi masa keçiriləcək

KİV-də rəsmi reklamların və elanların yerləşdirilməsi mövzusunda dəyirmi masa keçiriləcək
# 24 may 2007 11:37 (UTC +04:00)
Mayın 29-da KİV-də rəsmi reklamların və elanların yerləşdirilməsi mövzusunda dəyirmi masa keçiriləcək. Bu barədə APA-ya Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov məlumat verib. Dəyirmi masa Mətbuat Şurasının və Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə reallaşacaq. Ə. Amaşov bildirib ki, tədbirin keçirilməsində məqsəd Türkiyə reklam bazarındakı vəziyyətlə tanış olmaq, bu təcrübənin Azərbaycana şamil edilməsi yönündə müzakirələr aparmaqdır. Türkiyədə rəsmi reklam və elanların balanslaşdırılmış şəkildə KİV-lər arasında yayıldığını xatırladan Ə. Amaşov deyib ki, müzakirələrin nəticəsi olaraq Mətbuat Şurası adından müvafiq qurumlara müraciət göndəriləcək. Şura sədrinin sözlərinə görə, bu addım bir qədər əvvəl Prezident Aparatına təqdim olunmuş mətbuatın inkişafı ilə bağlı Dövlət Proqramının tərkib hissəsidir.
Qeyd edək ki, hazırda sənəd Prezident Aparatında araşdırılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR