“Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin əmlakı yerləşdikləri ofisdən köçürülüb

“Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin əmlakı yerləşdikləri ofisdən köçürülüb
# 25 may 2007 12:52 (UTC +04:00)
“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin əmlakı yerləşdikləri ofisdən köçürülüb. Bu barədə APA-ya açıqlamasında “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu bildirib. Şef-redaktor deyib ki, həmin ofisi redaksiyaya icarəyə verən şəxs orada qalan əmlakların köçürməsini istəyiblər: “Biz ofisdə qalan kompüter monitorlarını və başqa əmlakımızı köçürüb, məqsədəuyğun saydığımız yerdə yerləşdirəcəyik”.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin yerləşdiyi ofisdə mayın 22-də apardığı axtarışdan sonra qəzetlərin kollektivi fəaliyyətini rəsmən dayandırdığını elan edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR