“Gündəlik Azərbaycan” qəzetinin bir qrup əməkdaşı beynəlxalq təşkilatlardan və səfirliklərdən siyasi sığınacaq istəyib

“Gündəlik Azərbaycan” qəzetinin bir qrup əməkdaşı beynəlxalq təşkilatlardan və səfirliklərdən siyasi sığınacaq istəyib
# 25 may 2007 13:59 (UTC +04:00)
Bu günlərdə fəaliyyətini dayandırmış “Gündəlik Azərbaycan” qəzetinin bir qrup əməkdaşı Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlara və səfirliklərə müraciət edərək siyasi sığınacaq istəyib. Bu barədə APA-ya qəzetin redaktoru Üzeyir Cəfərov məlumat verib. Üzeyir Cəfərovla yanaşı, qəzetin əməkdaşlarından Qabil Zimistanoğlu, Azər Hüseynbala, Natiq Cavadlı, Ceyhun Nağı, Nemət Hüseynli, Samir Kazımlı, Aynur Elgünəş və Kamran Kalbalıoğlu çalışdıqları qəzetə qarşı baş verənlərə etiraz əlaməti olaraq ATƏT-in Bakı ofisinə, BMT-nin Azərbaycandakı nümayəndəliyinə, həmçinin ABŞ, Böyük Britaniya, Almaniya və Fransa səfirliklərinə müraciət ediblər: “Biz hesab edirik ki, hazırda Azərbaycanda yaşayıb, işləmək mümkün deyil. Müvəqqəti də olsa, Azərbaycanı tərk etmək istəyirik. Hansı ölkədə bizə sığınacaq verilsə, orada yaşamağa hazırıq”. Məsələyə münasibət bildirən “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu APA-ya açıqlamasında bildirib ki, kollektiv üzvlərinin addımına hörmətlə yanaşır: “Onların hər biri mənim üçün əzizdir. Amma hesab edirəm ki, burada yaşamaq, Azərbaycanı çiçəkləndirmək lazımdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR