Asiya Dialoqu İctimai Birliyinin layihələri sırasında yer alan Qafqaz Media Tədris Mərkəzi fəaliyyətə başlayıb

Asiya Dialoqu İctimai Birliyinin layihələri sırasında yer alan Qafqaz Media Tədris Mərkəzi fəaliyyətə başlayıb
# 25 may 2007 15:06 (UTC +04:00)
Asiya Dialoqu İctimai Birliyinin (ADİB) layihələri sırasında yer alan Qafqaz Media Tədris Mərkəzi (QMTM) fəaliyyətə başlayıb. QMTM-dən APA-ya bildirilib ki, bu layihə Azərbaycanın və ADİB-nin fəaliyyət dairəsinə daxil olan ölkələrin telejurnalistlərinin nəzəri və praktik biliklərinin artırılmasına yardım məqsədi daşıyır. Təşkilatın Azərbaycanın bölgə televiziyalarının reportyorları ilə müxtəlif universitetlərin jurnalistika fakültələrinin tələbələrini əhatə edən ilk seminarı mart-aprel aylarında keçirib. Mərkəzin ikinci seminarı isə mayın 21-də başlayıb. Seminarın yekununda qrupdan 4 ən yaxşı jurnalist seçiləcək və birinci qrupun ən yaxşıları ilə birlikdə Türkiyədə təcrübə keçmək şansı qazanacaq.
QMTM-nin seminarlarının ildə 3 və ya 4 dəfə keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, QMTM iyunun ortalarında rəsmi təqdimat mərasimini keçirməyə hazırlaşır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR