“Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşının həbsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verilib

“Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşının həbsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verilib
# 29 may 2007 09:47 (UTC +04:00)
“Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadənin millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında irəli sürdüyü iddiaya əsasən 2 il 6 ay müddətinə həbsi ilə bağlı Yasamal Rayon Məhkəməsinin 16 may tarixli hökmündən bu gün apellyasiya şikayəti verilib. Bu barədə APA-ya jurnalistlərin vəkili, Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı bildirilib. Onun sözlərinə görə, müdafiə tərəfi Apellyasiya Məhkəməsindən həbsdə olan jurnalistlərə bəraət verilməsini xahiş edib, Yasamal Rayon Məhkəməsinin hökmünün ədalətsiz olduğunu əsaslandırıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR