Tatyana Çaladze Moskvada keçirilən KİV Ümumdünya Konqresində Mikloş Haraştini məsuliyyətli olmağa çağırıb

Tatyana Çaladze Moskvada keçirilən KİV Ümumdünya Konqresində Mikloş Haraştini məsuliyyətli olmağa çağırıb
# 29 may 2007 13:19 (UTC +04:00)
Dünən Moskvada Kütləvi İnformasiya Vasitələri Ümumdünya Konqresi çərçivəsində Azərbaycanda medianın durumuna dair dinləmələr keçirilib. Bu barədə APA-ya Konqresdə iştirak edən jurnalist Tatyana Çaladze məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın Konqresdə Prezident Aparatının məsləhətçisi Mətanət Bağıyeva təmsil edir: “Konqresdə çıxış edən ATƏT-in media və söz azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti Azərbaycanda medianın mövcud durumu ilə bağlı düzgün olmayana və yoxlanılmamış məlumatlar verdi. Biz Mətanət Bağıyeva ilə birlikdə bu məlumatlara sərt reaksiya verdik. Konqresdə mənə çıxış etməyə imkan vermirdilər, lakin mən buna nail oldum. Çıxışımda bildirdim ki, Eynulla Fətullayevlə bağlı məsələ mətbuata təzyiq deyil, sırf kriminal işdir. Eynulla jurnalist təhqiqatı aparmayıb, o, insanlara böhtan atıb. Çıxışımdan sonra bir çox jurnalistlər bizdən müsahibələr götürməyə başladı. Mikloş Haraşti isə bu məsələ ilə bağlı bizimlə görüşməyə razılıq verdi”. Tatyana Çaladze Mİkloş Haraşti ilə görüşünün bu gün baş tutacağını deyib: “Haraşti bildirir ki, böhtana görə insanı azadlıqdan məhrum edilməsini anlaya bilmir. Mən ona bununla bağlı Azərbaycan qanunvericiliyində müvafiq maddə olduğunu dedim. Mikloş Haraşti isə bu qanundan xoşu gəlmədiyini vurğuladı. Mən Eynulla Fətullayevin işi üzrə cinayət işinin materiallarının üzünü çıxarmışam və sənədləri Mikloş Haraştiyə təqdim edəcəyəm. Mikloş Haraştini məsuliyyətli olmağa çağırıram”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR