“Gündəlik Azərbaycan” qəzetinin xaricdən sığınacaq istəyən əməkdaşlarının sayı 16-ya çatıb

“Gündəlik Azərbaycan” qəzetinin xaricdən sığınacaq istəyən əməkdaşlarının sayı 16-ya çatıb
# 29 may 2007 14:37 (UTC +04:00)
Fəaliyyətini dayandıran “Gündəlik Azərbaycan” qəzetinin xarici ölkələrdən sığınacaq istəyən əməkdaşlarının sayı 16-ya çatıb. Bu barədə APA-ya açıqlamasında məlumat verən qəzetin redaktoru Üzeyir Cəfərovun sözlərinə görə, bu gün qəzetin daha iki əməkdaşı İlhamiyyə Rzayeva və Həmid Herisçi xarici ölkələrdən sığınacaq istəyənlərin sırasına qoşulub. Redaktor deyib ki, bu günə qədər onunla yanaşı, qəzetin əməkdaşlarından Qabil Zimistanoğlu, Azər Hüseynbala, Xalid Kazımlı, Famil Cəfərli, Zamin Hacı, Səlim Əzizoğlu, Natiq Cavadlı, Ceyhun Nağı, Nemət Hüseynli, Elşən Balaxanılı, Samir Kazımlı, Aynur Elgünəş və Kamran Kamiloğlunun çalışdıqları qəzetə qarşı baş verənlərə etiraz əlaməti olaraq ATƏT-in Bakı Ofisinə, BMT-nin Azərbaycan nümayəndəliyinə, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa səfirliklərinə etdikləri müraciətlərə müəyyən reaksiyalar verilib. Belə ki, bu gün ABŞ səfirliyində qəzetin əməkdaşları ilə görüş keçirilib. Jurnalistlər müraciətlərini rəsmi şəkildə səfirliyə təqdim ediblər. “Gündəlik Azərbaycan”ın əməkdaşları eyni zamanda ATƏT-in Bakı Ofisinin və Norveç səfirliyində görüş keçiriblər. Jurnalistlər bu günlərdə Fransa, Böyük Britaniya, Almaniya səfirliklərində də olacaqlar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR