“Müxalifət” qəzetinin əməkdaşı Yaşar Ağazadə saxlanıldığı Bayıl təcridxanasında aclıq aksiyasına başlayıb

“Müxalifət” qəzetinin əməkdaşı Yaşar Ağazadə saxlanıldığı Bayıl təcridxanasında aclıq aksiyasına başlayıb
# 29 may 2007 16:17 (UTC +04:00)
1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan “Müxalifət” qəzetinin şöbə redaktoru Yaşar Ağazadə bu gün aclıq aksiyasına başlayıb. Bu barədə APA-ya məlumat verən Y. Ağazadənin vəkili, Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı bildirib ki, jurnalist Azərbaycanda söz azadlığına yönələn təzyiqlərə, jurnalistlərin qanunsuz həbsinə etiraz edir. Vəkil bu gün Y. Ağazadə və “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli ilə görüşdüyünü, aclıq aksiyasına başlayan jurnalistin İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova ilə görüş tələb etdiyini söyləyib.
Qeyd edək ki, Y. Ağazadə və “Müxalifət” qəzetinin baş redaktoru R. Kəbirli akademik, deputat Cəlal Əliyevin iddiası əsasında Yasamal Rayon Məhkəməsinin 16 may 2007-ci il tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR