Həbsdə olan “Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşı ombudsmanla görüş istəyir

Həbsdə olan “Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşı ombudsmanla görüş istəyir
# 30 may 2007 09:56 (UTC +04:00)
1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə ombudsman Elmira Süleymanova ilə görüşmək istəyir. Bu barədə APA-ya jurnalistlərin vəkili, Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı məlumat verib. Onun sözlərinə görə, Y. Ağazadə həm bu tələblə, həm də barələrində çıxarılan hökmə etiraz əlaməti olaraq dünən axşamdan aclıq aksiyasına başlayıb. Vəkil bildirib ki, R. Kəbirli də aclığa başlamaq istəyir, amma səhhəti buna imkan vermir: “Rövşən Kəbirli bir dəfə infarkt keçirib, hazırda ürək ağrılarından şikayətlənir. Amma buna baxmayaraq, o da aclığa başlamaq niyyətindədir”.
Xatırladaq ki, R. Kəbirli və Y. Ağazadə akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal rayon Məhkəməsinin mayın 16-da çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR