“Bakı Xəbər” qəzeti bu gündən nəşrini dayandırıb

“Bakı Xəbər” qəzeti bu gündən nəşrini dayandırıb
# 31 may 2007 12:02 (UTC +04:00)
“Bakı Xəbər” qəzeti bu gündən nəşrini dayandırıb. Qəzetin baş redaktoru Aydın Quliyev APA-ya açıqlamasında bildirib ki, “Azərbaycan” Nəşriyyatına olan borca görə dərcini dayandıran qəzetin çapının bərpası üçün mümkün addımları atacaqlar. Hazırda nəşriyyata olan borclarını qaytarmaq imkanında olmadığını bildirən baş redaktor bununla bağlı nəşriyyat rəhbərliyinə məktubla müraciət etdiyini deyib: “Mən nəşriyyatın rəhbərliyi ilə görüşüb bu məsələni müzakirə etmək istəyirəm. İstənilən halda, qəzetin nəşrini bərpa etmək fikrindəyik. Buna görə də borcun qaytarılması üçün nəşriyyat rəhbərliyindən qəzetin bərpasına qədər möhlət istəmək fikrindəyəm. Biz bu borcu ödəməkdən boyun qaçırmırıq”. A. Quliyev onu da qeyd edib ki, 25 əməkdaşı olan qəzet kollektivi və müxbirlər hələlik başqa redaksiyalarla əməkdaşlıq etmir. O, qəzetin binasından çıxmaq fikrində olmadıqlarını da dedi: “Bura bizim özəl mülkümüzdür”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR