Bayıl təcridxanasında saxlanılan “Müxalifət” qəzetinin əməkdaşı aclıq aksiyasını davam etdirir

Bayıl təcridxanasında saxlanılan “Müxalifət” qəzetinin əməkdaşı aclıq aksiyasını davam etdirir
# 31 may 2007 13:28 (UTC +04:00)
1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan “Müxalifət” qəzetinin əməkdaşı Yaşar Ağazadə aclıq aksiyasını davam etdirir. Məhbusun və onunla birgə həbs edilən “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirlinin vəkili, Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı APA-ya açıqlamasında bildirib ki, Y. Ağazadənin səhhətində problem yoxdur. Onun sözlərinə görə, R. Kəbirli ürək ağrılarından əziyyət çəkir.
Xatırladaq ki, R. Kəbirli və Y. Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin mayın 16-da çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR