Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Yasamal rayon şöbəsi Eynulla Fətullayevin dəstəklənməsinə etiraz edib

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Yasamal rayon şöbəsi Eynulla Fətullayevin dəstəklənməsinə etiraz edib
# 31 may 2007 17:05 (UTC +04:00)
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Yasamal rayon şöbəsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin dəstəklənməsinə etiraz edib. APA-nın məlumatına görə, müharibə veteranları bununla bağlı keçirdikləri mətbuat konfransında bir daha E. Fətullayevin Xocalı faciəsinin azərbaycanlılar tərəfindən törədilməsi ilə bağlı yazdıqlarının heç bir çərçivəyə sığmadığını vurğulayıblar. Təşkilatın sədri Habil Vəliyev Xocalı faciəsinin ermənilər tərəfindən törədilməsi ilə bağlı dünyaya həqiqətlərin çatdırıldığı bir vaxtda belə jurnalistlərin mətbuatda olmasının Azərbaycanın dövlət mənafelərinə zidd olduğunu söyləyib. H. Vəliyev E. Fətullayevlə bağlı yüngül cəza tətbiq ediləcəyi təqdirdə, etiraz aksiyası da keçirəcəklərini qeyd edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR