MTN-də Eynulla Fətullayevlə bağlı istintaq hərəkətləri aparılır

MTN-də Eynulla Fətullayevlə bağlı istintaq hərəkətləri aparılır
# 01 iyun 2007 09:09 (UTC +04:00)
Hazırda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında saxlanılan “Gündəlik Azərbaycan” və “Realnıy” Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə bağlı istintaq hərəkətləri aparılır. MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-nın sualına cavab olaraq bildirilib ki, istintaq hərəkətlərinin nəticəsi barədə ictimaiyyətə açıqlama veriləcək.
Qeyd edək ki, E. Fətullayev MTN-in İstintaq Təcridxanasına nazirliyin İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə terrorçuluqla hədələmə faktı üzrə başlanan cinayət işi ilə bağlı köçürülüb. Bu il mayın 16-da MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə terrorçuluqla hədələmə faktı üzrə cinayət işi başlanıb. Həmin cinayət işi üzrə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaycan” qəzetinin redaksiyasında yerləşən Eynulla Fətullayevin ofisində və evində qanunvericilikdə müəyyən edilmiş qaydada axtarış aparılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR