Ombudsmanın nümayəndələri “Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşı ilə görüşüblər

Ombudsmanın nümayəndələri “Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşı ilə görüşüblər
# 01 iyun 2007 16:25 (UTC +04:00)
İnsan Hüquqları üzrə Müvəkkil Aparatının əməkdaşları Ombudsman Elmira Süleymanovaya ünvanlanan müraciətlərin araşdırılması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Istintaq Təcridxanasında saxlanılan “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə ilə görüşüblər. Bu barədə APA-ya Ombudsman Aparatından bildirilib. R. Kəbirli və Y. Ağazadə müəssisənin əməkdaşları tərəfindən onlara qarşı zorakılıq hallarına və insan ləyaqətini alçaldan münasibətə yol verilmədiyini qeyd ediblər. Eyni zamanda onlar barələrində ədalətsiz hökm çıxarıldığını və bəzi qəzetlərin çatdırılması ilə bağlı problem yaradığını bildiriblər. Bildirilir ki, baxışın nəticələrinə əsasən, İnsan Hüquqları üzrə müvəkkil həmin şəxslərin həkim müayinəsi, bəzi qəzetlərlə təmin edilməsi üçün istintaq təcridxanasının rəhbərliyinə tapşırıq verib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR