“Müxalifət” qəzetinin həbsdə olan baş redaktoru və əməkdaşı aclıq aksiyasını dayandırıb

“Müxalifət” qəzetinin həbsdə olan baş redaktoru və əməkdaşı aclıq aksiyasını dayandırıb
# 04 iyun 2007 09:34 (UTC +04:00)
Bu barədə APA-ya jurnalistlərin vəkili, Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı bildirib. Rövşən Kəbirli və Yaşar Ağazadə ilə sonuncu görüşündə onlardan aclığı dayandırmağı xahiş etdiyini deyən R. Hacılı müdafiə etdiyi şəxslərin aksiyanı dayandırmağa söz verdiklərini söyləyib: “Yaşar Ağazadənin səhhətində problemlər yaranmışdı, Rövşən Kəbirli isə ürək ağrılarından əziyyət çəkirdi”.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən də APA-ya R. Kəbirli və Y. Ağazadənin artıq aclığı dayandırdıqları bildirilib. Qeyd olunub ki, baş redaktor 1, Y. Ağazadə isə 3 sutka aclıq edib: “Hazırda həmin şəxslər qidalanırlar. Onlar barələrində çıxarılan hökmə etiraz etdiklərinə görə bu addımı atıblar, saxlanma şəraiti ilə bağlı isə narazılıqları yoxdur”.
Qeyd edək ki, R. Kəbirli və Y. Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin mayın 16-da çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR