Vəkili Eynulla Fətullayevlə görüşüb

Vəkili Eynulla Fətullayevlə görüşüb
# 04 iyun 2007 13:22 (UTC +04:00)
Vəkil İsaxan Aşurov bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında saxlanılan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb. İ. Aşurov APA-ya açıqlamasında bildirib ki, müdafiə etdiyi şəxs bu günə qədər dindirilməyib: “Onunla bağlı hansı istintaq hərəkətlərinin aparıldığı mənə məlum deyil”. Vəkil deyib ki, E. Fətullayevin durumu normaldır, onun hər hansı şikayəti yoxdur.
Qeyd edək ki, bu il mayın 16-da MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə terrorçuluqla hədələmə faktı üzrə başladılan cinayət işi üzrə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetinin redaksiyasında yerləşən Eynulla Fətullayevin ofisində və evində qanunvericilikdə müəyyən edilmiş qaydada axtarış aparılıb. 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan E. Fətullayev isə terrorçuluqla hədələmə faktı üzrə cinayət işi başlanandan sonra MTN-in İstintaq Təcridxanasına köçürülüb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR