Həbsdə olan “Müxalifət” qəzetinin baş redaktorunun səhhətində problem yaranıb
04 iyun 2007 15:02 (UTC +04:00)
1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirlinin səhhətində problemlər var. Bu barədə APA-ya onun vəkili Aslan İsmayılov məlumat verib. Bu gün R. Kəbirli ilə görüşən vəkil baş redaktorun barəsində çıxarılan məhkəmə hökmünə etiraz əlaməti olaraq keçirdiyi aclıq aksiyasını bu gün dayandırdığını bildirib: “Aclıq aksiyası və əvvəllər keçirdiyi infarkt öz təsirini göstərib, onun səhhətində müəyyən problemlər yaranıb. Mən Rövşən Kəbirlidən xahiş etdim ki, bir daha aclıq aksiyası keçirməsin”.
Xatırladaq ki, Rövşən Kəbirli və “Müxalifət” qəzetinin digər əməkdaşı Yaşar Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin mayın 16-da çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. /APA/

Media
Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması ilə bağlı əsassız məlumat yayan iki nəfər müəyyən edilib
17:33
8 aprel 2024
Azərbaycanda yeni radio yayıma başlayır
17:20
5 aprel 2024
TikTok-da şəhidlərimizin olması barədə saxta xəbərlərlə əlaqədar müvafiq tədbirlər görülür
10:45
31 mart 2024
Bakıda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclası keçiriləcək
17:47
29 mart 2024