“Bakı Xəbər” qəzetinin baş redaktoru məhkəməyə müraciət edib

“Bakı Xəbər” qəzetinin baş redaktoru məhkəməyə müraciət edib
# 05 iyun 2007 09:34 (UTC +04:00)
“Bakı Xəbər” qəzetinin rəhbərliyi “Azərbaycan” Nəşriyyatına olan borcun hissə-hissə ödənilməsi üçün Səbayel rayon Məhkəməsinə müraciət edib. Bu barədə APA-ya qəzetin baş redaktoru Aydın Quliyev məlumat verib. Onun sözlərinə görə, fevralın 9-da Apellyasiya Məhkəməsinin borcun birdəfəlik ödənilməsi ilə bağlı verdiyi qərarda cavabdeh tərəfin borcun hissə-hissə ödənilməsinə nail olmaq məsələsini təkrar olaraq ilkin instansiya məhkəməsində qaldırmaq hüququnun olduğu qeyd edilib: “Biz bu hüququmuzdan istifadə edərək bu məsələni yenidən məhkəmədə qaldırmışıq. Yaxın günlərdə iddiaya baxılacaq. Biz iddiamızda borcun hissə-hissə ödənilməsi ilə bağlı qərar qəbul olunmasını xahiş etmişik”. A. Quliyev “Azərbaycan” Nəşriyyatının rəhbərliyinə məktubla müraciət etdiyini də söyləyib: “Nəşriyyat rəhbərliyi ilə danışıqlar da olub və onlar bizə müəyyən müddət möhlət vermək fikrindədirlər. Əgər borcun hissə-hissə ödənilməsi ilə bağlı qərarın çıxarılmasına nail ola bilsək, nəşriyyatla problemimiz qalmayacaq”. A. Quliyev problemin həllindən sonra qəzetin nəşrini bərpa etməyi mümkün sayır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR