Jurnalistlərin yürüş-mitinqlə bağlı müraciətinə bu həftə cavab veriləcək

Jurnalistlərin yürüş-mitinqlə bağlı müraciətinə bu həftə cavab veriləcək
# 05 iyun 2007 10:14 (UTC +04:00)
Jurnalistlərin iyunun 12-nə təyin etdiyi yürüş-mitinqlə bağlı müraciət Bakı şəhər İcra Hakimiyyətinə daxil olub və müraciətə bu həftə baxılacaq. Bu barədə APA-ya Bakı şəhər İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov məlumat verib. Onun sözlərinə görə, hazırda daxil olmuş müraciət araşdırılır. Z. Ramazanov aksiyaya icazə verilib-verilməyəcəyi ilə bağlı əvvəlcədən hər hansı fikir bildirmək istəmədiyini deyib.
Qeyd edək ki, Redaktorlar Birliyi yürüş-mitinqi şəhər rəhbərliyi tərəfindən kütləvi aksiyalar üçün Nizami rayonu ərazisində ayrılmış yerdə keçirmək niyyətindədir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR