Televiziyanın 50, radionun 80 illiyinə həsr edilmiş beynəlxalq elmi-texniki konfrans keçirilir

Televiziyanın 50, radionun 80 illiyinə həsr edilmiş beynəlxalq elmi-texniki konfrans keçirilir
# 05 iyun 2007 13:35 (UTC +04:00)
İyunun 4-də öz işinə başlayan “Radiotexnika, elektronika və rabitənin müasir problemləri” mövzusunda televiziyanın 50, radionun 80 illiyinə həsr edilmiş beynəlxalq elmi-texniki konfrans bu gün də davam edib. APA-nın məlumatına görə, Azərbaycan Texniki Universitetində keçirilən konfrans Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Milli Aviasiya Akademiyası, Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyəti və Teleradio İstehsalat Birliyinin təşkilatçılığı ilə baş tutub. Tədbirin keçirilməsində əsas məqsəd radiotexnika, elektronika və rabitə sahələrinin texniki səviyyəsinin yüksəldilməsi, mövcud elmi-texniki potensialdan səmərəli istifadə edilməsindən və işgüzar əlaqələrin yaradılmasından ibarətdir. Üçgünlük konfransda rəqəmli üsullar və siqnalların ötürülməsi sistemləri, siqnalların rəqəmli işlənməsi, telekommunikasiya şəbəkələri və sistemləri, radiorabitə, radioyayım, televiziya sistem və qurğuları, elektronikanın müasir problemləri, rəqəmli hesablama texnikası, informasiya idarəetmə sistemləri bölmələrində 110-dan çox məruzə dinləniləcək, fikir mübadiləsi aparılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR