“Gündəlik Azərbaycan” qəzetinin xarici ölkələrdən sığınacaq istəyən əməkdaşları Səyavuş Novruzovu məhkəməyə verəcəklər

“Gündəlik Azərbaycan” qəzetinin xarici ölkələrdən sığınacaq istəyən əməkdaşları Səyavuş Novruzovu məhkəməyə verəcəklər
# 05 iyun 2007 15:23 (UTC +04:00)
“Gündəlik Azərbaycan” qəzetinin xarici ölkələrdən sığınacaq istəyən əməkdaşları Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Səyavuş Novruzovla bağlı Səbayel rayon Məhkəməsinə müraciət edəcəklər. Bu barədə APA-ya açıqlamasında məlumat verən “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərovun sözlərinə görə, S. Novruzov mətbuata açıqlamasında mühacirətə getmək istəyən jurnalistlərin haqqında “qanı qarışıq” ifadəsi işlədib: “Biz irqi, dini ayrı-seçkilik saldığına görə ondan məhkəməyə şikayət edəcəyik”. Redaktorun sözlərinə görə, bu məsələdə jurnalistlərə Azərbaycan Hüquqşünaslar Forumu hüquqi yardım göstərəcək.
S. Novruzov isə APA-ya açıqlamasında məhkəməyə müraciət etməyin hər bir vətəndaşın hüququ olduğunu deyib: “Onların siyasi sığınacaqla bağlı müraciətləri şou, məhkəməyə müraciət isə həmin şounun davamıdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR