ADP jurnalistlərin iyunun 12-nə təyin etdiyi yürüş-mitinqə qatılmaq qərarı verib

ADP jurnalistlərin iyunun 12-nə təyin etdiyi yürüş-mitinqə qatılmaq qərarı verib
# 05 iyun 2007 16:13 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) jurnalistlərin iyunun 12-nə təyin etdiyi yürüş-mitinqə qatılmaq qərarı verib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, son dövrlər ölkədə mətbuata qarşı təqib və təzyiq kampaniyasının aparıldığını bildirən ADP öz üzvlərinin aksiyada fəal iştirakının vacib olduğunu bəyan edir. ADP-nin İdarə Heyəti yalnız razılaşdırılmış aksiyada partiya üzvlərinin iştirak edəcəyini bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR