Jurnalistlərin iyunun 12-nə təyin etdiyi yürüş-mitinqlə bağlı yaradılmış Mitinq Komitəsinin iclası keçirilib

Jurnalistlərin iyunun 12-nə təyin etdiyi yürüş-mitinqlə bağlı yaradılmış Mitinq Komitəsinin iclası keçirilib
# 05 iyun 2007 16:26 (UTC +04:00)
Bu gün jurnalistlərin iyunun 12-nə təyin etdiyi yürüş-mitinqlə bağlı yaradılmış Mitinq Komitəsinin iclası keçirilib. “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlunun APA-ya verdiyi məlumata görə, genişləndirilmiş iclasda siyasi partiyaların, QHT-lərin və Gənclər Təşkilatlarının Mitinq Komitəsinə təyin etdiyi nümayəndələri də iştirak edib. İclasda yürüş-mitinqlə bağlı texniki məsələlər, qaldırılacaq plakatlar, yürüş boyu səslənəcək şüarlarla bağlı müzakirələr aparılıb. Ş. Çobanoğlu texniki məsələlərlə bağlı bu həftənin sonunda Mitinq Komitəsinin bir daha toplaşacağını bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR