Sabah Eynulla Fətullayevin MTN-də dindiriləcəyini gözlənilir

Sabah Eynulla Fətullayevin MTN-də dindiriləcəyini gözlənilir
# 07 iyun 2007 12:12 (UTC +04:00)
“Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin baş redaktoru və təsisçisi Eynullaya Fətullayevin barəsində çıxarılan məhkəmə hökmündən kasasiya şikayəti veriləcək. Bu barədə APA-ya məlumat verən E. Fətullayevin vəkili İsaxan Aşurov bildirib ki, Apellyasiya Məhkəməsinin qərarı əldə edildikdən sonra Ali Məhkəməyə müraciət ediləcək. İ. Aşurov hazırda Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan E. Fətullayevin bu günə kimi dindirilmədiyin bildirib: “Eynulla Fətullayev hələlik dindirilməyib. Yəqin ki, sabah ifadəsi alınacaq”. Qeyd edək ki, Apellyasiya Məhkəməsi Yasamal rayon Məhkəməsinin E. Fətullayev barəsində xüsusi ittiham əsasında çıxardığı hökmü qüvvədə saxlayıb. E. Fətullayev bir qrup Xocalı sakininin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunaraq 2 il 6 ay azadlıqdan məhrum edilib. Mayın 29-da isə E. Fətullayev saxlandığı 1 saylı Bayıl İstintaq Təcridxanasından Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə terrorçuluqla hədələmə faktı üzrə başlanan cinayət işi ilə bağlı MTN-in İstintaq Təcridxanasına köçürülüb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR