Həbsdə olan “Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşı ilə bağlı “Amnesty İnternational” təşkilatına müraciət edilib

Həbsdə olan “Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşı ilə bağlı “Amnesty İnternational” təşkilatına müraciət edilib
# 08 iyun 2007 09:26 (UTC +04:00)
1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadənin Hüquqlarını Müdafiə Komitəsi onların həbsi barədə məhkəmə hökmünün ədalətsiz olması, jurnalistlərə “vicdan məhbusu” statusunun verilməsi ilə bağlı “Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatına müraciət edib. Bu barədə APA-ya açıqlamasında Müdafiə Komitəsinin sədri Vaqif Hacıbəyli bildirib. Onun sözlərinə görə, müraciəti Müdafiə Komitəsi ilə yanaşı, qeyri-hökumət təşkilatlarının rəhbərləri də imzalayıb.
Xatırladaq ki, R. Kəbirli və Y. Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin mayın 16-da çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR