“Müasir Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və Qənimət Zahidi məhkəməyə verib

“Müasir Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və Qənimət Zahidi məhkəməyə verib
# 08 iyun 2007 12:57 (UTC +04:00)
“Müasir Müsavat” qəzetinin baş redaktoru Təranə Ramazanova “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə bağlı Yasamal rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Bu barədə APA-ya “Müasir Müsavat” qəzetindən bildirilib. Qeyd olunur ki, buna səbəb mayın 18-də bəzi KİV-in elektron ünvanına “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna məxsus olduğu bildirilən elektron poçtdan AXCP sədri Əli Kərimlinin kollaj edilən şəkillərinin göndərilməsi barədə birincinin verdiyi açıqlama olub: “Rauf Arifoğlu həmin məsələ ilə bağlı mətbuata açıqlama verərkən, montajların ona aid olmadığını deyib, bu şəkillərin bir neçə gün əvvəl “Müasir Müsavat” qəzetində dərc edildiyini bildirib. “Azadlıq” qəzeti isə Rauf Arifoğlunun bu açıqlamasına istinad edərək, “Müasir Müsavat” qəzetinə və onun baş redaktorunun ünvanına iyrənc böhtan və təhqirlə dolu məqalə dərc edib”.
Qeyd edək ki, bir qədər əvvəl “Müasir Müsavat” qəzetinin təsisçisi Hafiz Hacıyev Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdi. İyunun 6-a təyin olunan məhkəmə iclasında adı çəkilən işin H. Hacıyevə dəxlinin olmadığı, bunun qəzetin baş redaktoru ilə əlaqəli olduğunu qeyd edərək iddia ərizəsini geri qaytarıb. Bundan sonra qəzetin baş redaktoru məhkəməyə müraciət edib. İddia ərizəsində bildirilib ki, həmin kollajlar heç vaxt “Müasir Müsavat” qəzetində dərc edilməyib.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid APA-ya açıqlamasında bildirib ki, bu məsələni mənasız və perspektivsiz iş adlandırıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR