“Kütləvi informasiya vasitələrinin problemləri ilə bağlı AŞPA-ya müraciətin müzakirəsi” mövzusunda dəyirmi masa keçirilib

“Kütləvi informasiya vasitələrinin problemləri ilə bağlı AŞPA-ya müraciətin müzakirəsi” mövzusunda dəyirmi masa keçirilib
# 08 iyun 2007 13:36 (UTC +04:00)
Sülh və Demokratiya İnstitutu “Kütləvi informasiya vasitələrinin problemləri ilə bağlı AŞPA-ya müraciətin müzakirəsi” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Avropa Şurası Parlament Assambleyasının baş katibi Terri Devisə ünvanlanacaq 4 maddədən ibarət müraciətdə qeyd olunan müddəaları açıqlayıb. Müraciətdə beynəlxalq təşkilatlardan həbsdə olan jurnalistlərin azad olunması üçün Azərbaycan hökumətinə təzyiq göstərilməsi istənilib. L. Yunus müraciətə imza toplanması ilə bağlı kampaniyanın iyunun 12-dək davam etdiriləcəyini deyib. Yazıçı Həmid Herisçi isə müraciətə 5-ci maddənin əlavə edilməsini təklif edib: “Bu maddədə Qərbə xəbərdarlıq etməliyik ki, baş verənlərdən nəticə çıxarsınlar. Qərbə yalvarıcı fikirlərdən imtina etməliyik”. AXCP sədri Əli Kərimli isə siyasi partiya sədrlərini burada görmək arzusunda olduğunu deyib: “Partiya sədrləri burada olmalıdır və müraciətə onlar da imza atmalıdır. İmzatoplama kampaniyasını həyata keçirmək üçün isə 3 nəfərdən ibarət işçi qrup yaradılmalıdır”. Sonra sənəd ətrafında əlavə müzakirələr aparılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR