Elçin Behbudov Eynulla Fətullayevlə görüşüb

Elçin Behbudov Eynulla Fətullayevlə görüşüb
# 08 iyun 2007 13:36 (UTC +04:00)
Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevlə görüşüb. Bu barədə APA-ya hüquq müdafiəçisinin özü məlumat verib. E. Behbudov E. Fətullayevin saxlanma şəraiti ilə tanış olub, kamerasına baxış keçirib: “Eynulla Fətullayev iki nəfərlik kamerada saxlanılır. Onun kamera yoldaşı narkotik cinayəti ilə bağlı həbs olunub. Jurnlaistə gündə üç dəfə yemək verilir. O, təcridaxanada ac saxlanılmır, sadəcə, təcridxananın yeməklərindən özü imtina edib. Saxlandığı kamerada daimi su, yataq dəsti var. Yəni jurnalist dəmirin üstündə yatmır. Eynulla Fətullayevin səhhəti normaldır”. Hüquq müdafiəçisi E. Fətullayevlə təkbətək söhbət etdiyini söyləyib. Jurnalist indiyədək bir dəfə dindirildiyini bildirib. E. Fətullayev həmçinin təcridxanada heç bir fiziki təzyiqə məruz qalmadığını da qeyd edib. E.Behbudov daha sonra milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşüb: “Eldar Mahmudovla səmimi söhbətim oldu. Söhbətimizin mövzusu Eynulla Fətullayevlə bağlı idi”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR