Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsinin üzvləri Böyük Britaniya parlamentinin Azərbaycanda səfərdə olan üzvləri ilə görüşüblər

Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsinin üzvləri Böyük Britaniya parlamentinin Azərbaycanda səfərdə olan üzvləri ilə görüşüblər
# 08 iyun 2007 14:59 (UTC +04:00)
Hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsinin üzvləri Böyük Britaniya parlamentinin Azərbaycanda səfərdə olan nümayəndələri ilə görüşüblər. Bu barədə APA-ya açıqlamasında komitənin sədri Arzu Abdullayeva məlumat verib. Onun sözlərinə görə, qonaqlara E. Fətullayevin həbsi və hazırkı durumu barədə məlumat verilib: “Biz Britaniya parlamentinin üzvlərindən xahiş etdik ki, prezident İlham Əliyevlə görüş zaman bu məsələni, Eynulla Fətullayevin azadlığa buraxılması məsələsini qaldırsınlar”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR