İyunun 12-də jurnalistlərin keçirəcəyi yürüş-mitinqlə bağlı yaradılmış Mitinq Komitəsinin genişləndirilmiş iclası keçirilib

İyunun 12-də jurnalistlərin keçirəcəyi yürüş-mitinqlə bağlı yaradılmış Mitinq Komitəsinin genişləndirilmiş iclası keçirilib
# 08 iyun 2007 16:59 (UTC +04:00)
Bir qrup redaktorun iyunun 12-nə təyin etdiyi yürüş-mitinqlə bağlı yaradılmış Mitinq Komitəsinin genişləndirilmiş iclası keçirilib. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin APA-ya verdiyi məlumata görə, Azərbaycan Liberal Partiyasının (ALP) qərargahında keçirilən toplantıya siyasi partiyaların rəhbərləri və funksionerləri, həmçinin Mitinq Komitəsinə daxil olan partiyaların Bakı şəhər təşkilatlarının fəalları qatılıblar. Q. Zahid Mitinq Komitəsinin 150-yə qədər üzvünün olduğunu bildirib. Komitəyə 15-ə qədər partiyanın, QHT-lərin və ayrı-ayrı KİV təmsilçiləri daxildir. İclasda mitinqin təşkilatçılıq məsələləri və texniki hazırlıq vəziyyəti müzakirə edilib.
Qeyd edək ki, jurnalistlərin yürüş-mitinqinin iyunun 12-də saat 17.00-da “Neftçilər” stansiyası yaxınlığındakı Dakar meydanından başlayaraq Rüstəm Rüstəmov küçəsindən keçməklə Heydər Əliyev adına Neft Emalı Zavodunun yanındakı meydanda mitinqlə yekunlaşdırmaq planlaşdırılıb. Təşkilatçılar aksiya ilə bağlı Bakı Şəhər Icra Hakimiyyətinə müraciət ediblər. Bakı şəhər İcra Hakimiyyətindən APA-ya bildirilib ki, aksiya ilə bağlı müraciət sabah cavablandırılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR