Jurnalistlərin iyunun 12-nə təyin olunmuş yürüş-mitinqi təxirə salınıb

Jurnalistlərin iyunun 12-nə təyin olunmuş yürüş-mitinqi təxirə salınıb
# 11 iyun 2007 08:13 (UTC +04:00)
Bu barədə APA-ya “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu məlumat verib. Onun sözlərinə görə, bu qərarın qəbul olunmasının səbəbi Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) aksiyanın təyin olunduğu “Neftçilər” metrostansiyası - Heydər Əliyev adına Neft Emalı Zavodu marşrutu üzrə yox, “Həzi Aslanov” metrostansiyası - Ukrayna meydanı marşrutu üzrə keçirilməsinə razılıq verməsi olub. Ş. Çobanoğlu bildirib ki, redaktorlar əvvəlcə şəhər rəhbərliyinin bu qərarı ilə razılaşıblar: “Amma biz Ukrayna meydanına baxdıq, burada aksiya keçirmək üçün heç bir şərait yox idi. Meydan tamamilə qazılıb. Orada yalnız 200 nəfərin toplaşa biləcəyi yer vardı ki, biz də belə yerdə aksiya keçirmək istəmədik”. Ş. Çobanoğlu bildirib ki, jurnalistlər BŞİH-nin cavabı ilə bağlı məhkəməyə müraciət etməyə hazırlaşırlar: “Çünki bizim mitinq keçirmək istədiyimiz ərazi də icra hakimiyyəti tərəfindən kütləvi aksiyalar üçün ayrılmış yerlərdən biridir. Lakin şəhər rəhbərliyi qərarını əsaslandırmadığı üçün biz bu məsələni məhkəmədə aydınlaşdıracağıq”. Ş. Çobanoğlu piketlərin və mitinqlərin davam etdirilməsinin nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, iyunun 23-nə daha bir aksiya təyin olunub. Aksiyanın “Neftçilər” metrostansiyasının ətrafından yürüşlə başlanması və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yaxınlığındakı meydanda mitinqlə davam etdirilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR