“Gündəlik Azərbaycan” qəzetinin xarici ölkələrdən sığınacaq istəyən əməkdaşları Gürcüstan, Rusiya və Ukraynaya gedəcəklər
11 iyun 2007 08:57 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında qəzetin redaktoru Üzeyir Cəfərov məlumat verib. Onun sözlərinə görə, səfərdə məqsəd sığınacaq istəməklə bağlı müraciətləri Azərbaycanda səfirlikləri olmayan ölkələrin Gürcüstan, Rusiya və Ukraynada fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə təqdim etməkdir.
Qeyd edək ki, “Gündəlik Azərbaycan” qəzetinin əməkdaşları Azərbaycanda yaşayıb, işləməyin mümkün olmadığını əsas gətirərək, ölkədə fəaliyyət göstərən diplomatik korpusa xarici ölkələrdən sığınacaq istəməklə bağlı müraciət ünvanlayıblar. /APA/

Media
Media nümayəndələri üçün humanitar minatəmizləmə sahəsində təlim keçirilib
12:33
8 oktyabr 2024
MEDİA Azərbaycan Respublikasının Rəhbərliyi adından yayılmış saxta məlumatla bağlı açıqlama verib
15:52
7 oktyabr 2024
Yalçın Rəfiyev Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə görüşüb
18:00
4 oktyabr 2024
Naxçıvanda “Regional medianın inkişafı” layihəsi çərçivəsində tədbir keçirilib
16:51
4 oktyabr 2024