Tiflisdə Gürcüstanda yaşayan qeyri-gürcü xalqların demokratik proseslərdə iştirakına yardım məqsədilə tədbir keçirilib

Tiflisdə Gürcüstanda yaşayan qeyri-gürcü xalqların demokratik proseslərdə iştirakına yardım məqsədilə tədbir keçirilib
# 11 iyun 2007 12:01 (UTC +04:00)
Gürcüstanın Demokratiya, İnkişaf və Sülh İnstitutu həmin ölkədə yaşayan qeyri-gürcü xalqların inteqrasiyasına, onların demokratik proseslərdə iştirakına yardım məqsədilə 3 illik layihənin reallaşmağa başlaması münasibətilə ötən həftə Tiflisdə geniş mərasim keçirib. Tədbirdə iştirak edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov APA-ya açıqlamasında bildirib ki, Avropa Komissiyasının maliyyələşdirildiyi bu layihə Gürcüstanda yaşayan soydaşlarımızı da əhatə etdiyindən, mühüm əhəmiyyətə malikdir: “İndiki şəraitdə soydaşlarımızın Gürcüstanda ölkədaxili proseslərə fəal cəlb olunması bu respublikada yeni cəmiyyət quruculuğuna əhəmiyyətli dərəcədə təsir edəcək amillərdəndir. Müsbət haldır ki, qonşularımız da bunun vacibliyini hiss edir, həmin sahədə əməli işlərin həyata keçirilməsində maraqlı olduqlarını göstərirlər. Bu layihə də dediklərimə əyani misaldır”.
Qeyd edək ki, layihədə azərbaycanlıların ölkənin ictimai həyatında yaxından iştirak etməsi üçün gürcü dilinin dərindən mənimsənilməsi üçün kursların təşkili, internet klublarının açılması, iki ölkənin medialarının məlumat alınması sahəsindəki əlaqələrinin çevikləşdirilməsi və genişləndirilməsi, vahid internet jurnalın yaradılması və sair tədbirlər daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR