Mətbuat Şurasının sədri Əflatun Amaşov Qırğızıstana dəvət olunub

Mətbuat Şurasının sədri Əflatun Amaşov Qırğızıstana dəvət olunub
# 12 iyun 2007 09:00 (UTC +04:00)
İyunun 13-də Qırğızıstanın İssık-Kul şəhərində bu ölkənin Mətbuat Şurasının yaradılması ilə bağlı konfrans keçiriləcək. Konfransa xarici ölkələrin media nümayəndələri, o cümlədən Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov da dəvət olunub. Bu barədə APA-ya AMŞ-dan məlumat verilib. Qurumdan bildirilib ki, bu tədbirdə MDB məkanında ilk belə qurum olan AMŞ-nin təcrübəsindən geniş söhbət açılacaq. AMŞ-nin Nizamnaməsi, şikayətlərə baxılma qaydaları, digər hüquqi sənədləri, fəaliyyət strukturları, qəbul etdiyi qərarlar, rəylər müzakirə obyektinə çevriləcək. Ə. Amaşov bildirib ki, qırğızların AMŞ-yə müraciəti təqdirəlayiqdir. Qeyd edək ki, AMŞ-nin 2006-cı ilin dekabrında Bakıda keçirdiyi 3 günlük beynəlxalq konfransında Avropanın, MDB ölkələrinin oxşar qurumlarının nümayəndələri ilə yanaşı, bu niyyəti reallaşdırmaq istəyən qırğızlar da iştirak etmişdilər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR