“Bakı Xəbər”in şikayəti Apellyasiya Məhkəməsinə göndərilib

“Bakı Xəbər”in şikayəti Apellyasiya Məhkəməsinə göndərilib
# 12 iyun 2007 09:44 (UTC +04:00)
“Bakı Xəbər” qəzeti rəhbərliyinin Səbayel rayon Məhkəməsinə təqdim etdiyi şikayət Apellyasiya Məhkəməsinə (AM) göndərilib. Qəzetin baş redaktoru Aydın Quliyevin APA-ya verdiyi məlumata görə, iddiaçı Ucar rayon İstehlak Cəmiyyətinin keçmiş sədri Şahlar Ələkbərov rayon məhkəməsinin tərkibinə etiraz edib və bununla bağlı Apellyasiya Məhkəməsinə müraciət ünvanlayıb. Buna görə də Səbayel rayon Məhkəməsi şikayəti Apellyasiya Məhkəməsinə göndərib. A. Quliyev bildirib ki, qısa müddətdə bu instansiya şikayətə baxacaq. Tərkibə hər hansı etiraz olmasa, bu zaman işə rayon məhkəməsində baxılmasına davam ediləcək.
Qeyd edək ki, Ş. Ələkbərovun iddiasına əsasən məhkəmə “Bakı Xəbər” qəzetini 4 min manat məbləğində cərimələyib. Qəzet rəhbərliyi cərimənin hissə-hissə ödənilməsi ilə bağlı məhkəməyə müraciət edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR