Bruno Pueza: “BMT-dən siyasi sığınacaq istəyən jurnalistlərin müraciətinə qurumun Qaçqınlar üzrə Ali Komissarlığında baxılır”

BMT baş katibinin media üzrə xüsusi nümayəndəsi Ambei Liqabonun Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı hazırladığı hesabat yaxın vaxtlarda açıqlanacaq. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Bruno Pueza məlumat verib: “Xüsusi nümayəndə Azərbaycana may ayında gəlmişdi. Hazırda o, Azərbaycanda medianın durumu ilə bağlı hesabatın üzərində işləyir”. B. Pueza bir qrup Azərbaycan jurnalistinin sığınacaq üçün BMT-yə müraciət etdiyini də bildirib. Onun sözlərinə görə, jurnalistlərin müraciətinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında baxılır. /APA/