Həbsdə olan “Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşı ilə bağlı apelyasiya şikayəti Apelyasiya Məhkəməsinə göndərilib

Həbsdə olan “Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşı ilə bağlı apelyasiya şikayəti Apelyasiya Məhkəməsinə göndərilib
# 12 iyun 2007 12:06 (UTC +04:00)
1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə Yasamal Rayon Məhkəməsinin barələrində olan hökmlə bağlı verilən apelyasiya şikayətinin Apelyasiya Məhkəməsinə gec göndərməsindən şikayətçidirlər. Həbsdə olan jurnalistlərin vəkili, Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı APA-ya açıqlamasında bildirib ki, apelyasiya şikayətini mayın 29-da məhkəməyə təqdim etsələr də, hökmü çıxaran hakim Məlahət Abdulmanafova lazım olan sənədləri Apelyasiya Məhkəməsinə göndərməkdə tələsmir.
R. Hacılı deyib ki, artıq o bu məsələ ilə bağlı Yasamal Rayon Məhkəməsinin sədri İlqar Abbasova müraciət edib.
Rövşən Kəbirlinin vəkili Aslan İsmayılov da APA-ya açıqlamasında hakimin şikayəti qanunla nəzərdə tutulan vaxt başa çatmasına baxmayaraq, Apelyasiya Məhkəməsinə göndərmədiyini bildirib.
Yasamal Rayon Məhkəməsindən isə APA-ya bildirilib ki, müdafiə tərəfinin şikayəti bu gün Apelyasiya Məhkəməsinə göndərilib.
Xatırladaq ki, R. Kəbirli və Y. Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin mayın 16-da çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR