Eynulla Fətullayev növbəti dəfə şahid qismində dindirilib

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında saxlanılan “Gündəlik Azərbaycan” və “Realnıy” Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev bu gün növbəti dəfə dindirilib. Bu barədə APA-ya açıqlamasında onun vəkili Aydın Nəzərli bildirib. Onun sözlərinə görə, E. Fətullayev ötən dəfə olduğu kimi, bu gün də Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə terrorçuluqla hədələmə faktı üzrə başlanan cinayət işi ilə bağlı şahid qismində dindirilib. Vəkil deyib ki, müdafiə etdiyi şəxsin səhhəti normaldır, onun saxlanma şəraiti, qidalanması ilə bağlı problemi yoxdur.
Qeyd edək ki, bu il mayın 16-da MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə terrorçuluqla hədələmə faktı üzrə cinayət işi başlanıb. Həmin cinayət işi üzrə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaycan” qəzetinin redaksiyasında yerləşən Eynulla Fətullayevin ofisində və evində qanunvericilikdə müəyyən edilmiş qaydada axtarış aparılıb. /APA/