Bir qrup baş redaktor Səbayel rayon məhkəməsində Bakı şəhər icra hakimiyyətinə qarşı iddia qaldırıb

Bir qrup baş redaktor Səbayel rayon məhkəməsində Bakı şəhər icra hakimiyyətinə qarşı iddia qaldırıb
# 13 iyun 2007 12:09 (UTC +04:00)
Bir qrup baş redaktor Bakı şəhər icra hakimiyyətinə qarşı iddia ilə Səbayel rayon məhkəməsinə müraciət edib. Bu barədə APA-ya “Qanun” jurnalının baş redaktoru Şahbaz Xuduoğlu məlumat verib. Onun sözlərinə görə, iddia ərizəsində şəhər rəhbərliyinin qeyri-qanuni olaraq jurnalistlərin iyunun 12-nə təyin etdikləri aksiyanın yerini dəyişdirdiyi göstərilib. Müraciət müəllifləri yürüş-mitinqin məhz BŞİH-nin kütləvi tədbirlər üçün ayırdığı yerdə təyin edildiyini bildirib və heç bir izahat vermədən aksiyanın yerinin dəyişdirilməsinin qanunsuz olduğunu iddia ediblər. Müraciətdə şəhər rəhbərliyinin qərarının ləğv olunması xahiş edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR