Azərbaycanın Az.TV-nin Rusiyada yayılacağı ərazilərlə bağlı konkret təklifləri var

Azərbaycanın Az.TV-nin  Rusiyada yayılacağı ərazilərlə bağlı konkret  təklifləri var
# 13 iyun 2007 14:08 (UTC +04:00)
Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü, Azərbaycanın İşçi Qrupunun təmsilçilərindən biri Qafar Cəbiyev APA-ya açıqlamasında deyib ki, Azərbaycan tərəfi Rusiya kanallarından birinin Azərbaycanda, Az.TV-nin isə Rusiyada paritet əsaslarla yayımlanması təklifi üzərində qalır. MTRŞ üzvünün sözlərinə görə, Azərbaycanın İşçi Qrupu Az.TV-nin Rusiyanın azərbaycanlıların kompakt yaşadığı bölgələrdə yayımlanmasının tərəfdarı olsa da, indiyə qədər aparılan danışıqlarda konkret ərazilərin adları açıqlanmayıb. Amma danışıqların növbəti mərhələsində Azərbaycan tərəfi Rusiyanın Moskva və Moskvaətrafı, Sankt-Peterburq, Tümen, Yekaterinburq, Dağıstan və Tatarıstan ərazilərində Az.TV-nin yayımlanması barədə təklif verə bilər.
Qeyd edək ki, iyunun 8-də Moskvada işçi qruplar arasında əldə olunan razılaşmaya əsasən qrupun növbəti toplantısı 10 gün ərzində baş tutmalıdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR