Həbsdə olan “Müxalifət” qəzetinin baş redaktoru ürək ağrısından əziyyət çəkir
14 iyun 2007 09:51 (UTC +04:00)
Media Hüquqları İnstitutunun direktoru, vəkil Rəşid Hacılı bu gün 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə ilə görüşüb. R. Hacılı APA-ya açıqlamasında bildirib ki, R.Kəbirli yenə də ürək ağrılarından əziyyət çəkir. Onun sözlərinə görə, müdafiə etdiyi şəxslər müxalifətyönlü mətbuat orqanları ilə tanış olmaq istəsələr də, onlara bu imkan yaradılmır. Vəkil deyib ki, jurnalistlər 22 nəfərlə eyni kamerada saxlanılır: “Əvvəllər həmin kamerada saxlanılan şəxslərin sayı daha çox idi. Amma mən yenə də hesab edirəm ki, bir kamerada bu qədər insanın saxlanması insan ləyaqətini alçaldan haldır”.
Xatırladaq ki, R. Kəbirli və Y. Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin mayın 16-da çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. /APA/
Xatırladaq ki, R. Kəbirli və Y. Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin mayın 16-da çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. /APA/
Media
MEDİA: Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir - FOTO
23:09
9 oktyabr 2024
Xarici TV-ləri yayımlayan operatorların monitorinqinə başlanılıb, "ATV Plus"la bağlı iş məhkəməyə göndərilib
12:42
9 oktyabr 2024
“Novoye Vremya” qəzetinin 25 yaşı tamam olur
10:28
9 oktyabr 2024
Bu il televiziya və radio kanallarının efirində 9 ciddi pozuntu faktı aşkarlanıb
15:11
8 oktyabr 2024