Bir qrup jurnalist əvvəlcədən elan olunmamış icazəsiz aksiya keçirməyə cəhd göstərib

APA-nın məlumatına görə, jurnalistlər bağda toplaşmağa başlayarkən Səbayel rayon Polis İdarəsinin əməkdaşları onlardan ərazini tərk etməyi tələb ediblər. Jurnalistlər xəbərdarlığa əməl etmədikdə, polislər “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu saxlayaraq 9-cu polis bölməsinə aparıblar. Bundan sonra digər jurnalistlər baş redaktorun azad olunması üçün polis bölməsinə gedib və buna nail olublar. Onlar yenidən Sabir Bağının qarşısına toplaşmaq istədikdə isə artıq ərazinin polislərin nəzarətində olduğunu görülüblər. Polislər bağın yaxınlığında toplaşan jurnalistlərə yenidən ərazini tərk etmək, həmçinin, plakatları yığışdırmaq barədə xəbərdarlıq edib. Buna əməl olunmadıqda isə polislər bu dəfə “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlunu, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu və qəzetin redaktoru Zabil Müqabiloğlunu saxlayaraq, 9-cu polis bölməsinə aparıblar. Bundan sonra aksiya dayandırılıb.
Qeyd edək ki, jurnalistlər Sabir Bağında aksiya keçirdikdən sonra “bp-Azərbaycan” şirkətinin qarşısına hərəkət etmək niyyətində olublar. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid APA-ya açıqlamasında bildirib ki, baş redaktorlar həbs olunduğu üçün “bp-Azərbaycan” şirkətinin binası qarşısındakı aksiyanı təxirə salıblar. Baş redaktor əvvəlcədən elan olunmamış aksiyaların davam etdiriləcəyini bildirib. /APA/