APA Avropa Uşaq Birliyinin “Uşaqların dostları” siyahısında 100 media qurumu sırasında 26-cı yeri tutub
14 iyun 2007 15:07 (UTC +04:00)
“Gənc liderlər” Uşaq Təşkilatının Avropa Uşaq Birliyinə (EURO CHİLD AİSBL) təqdim etdiyi siyahı üzrə Milli Məclisin beş üzvü və beş media qurumu dünya üzrə “Uşaqların dostları” siyahısına daxil edilib. Bu barədə APA-ya təşkilatdan məlumat verilib. Mərkəzi ofisi Belçikada yerləşən Avropa Uşaq Birliyindən təşkilata daxil olan məlumata görə, “Uşaqların dostları” adlanan 100 nəfərlik siyahıda millət vəkillərindən Qənirə Paşayeva 22-ci, Fəttah Heydərov 28-ci, Nizami Cəfərov 34-cü, Yaqub Mahmudov 40-cı, Ülvi Quliyev isə 44-cü yerdə təmsil olunur. 100 media qurum siyahısında isə “Olaylar” qəzeti 19-cu, APA İnformasiya Agentliyi 26-cı, “Yeni Azərbaycan” qəzeti 35-ci, www.mediaforum. az saytı 47-ci və “Lider” telekanalı 18-ci yerdə təmsil olunub. Xatırladaq ki, Avropa Uşaq Birliyi hər il belə reytinq cədvəllərini açıqlayır və bu siyahıya dünya üzrə tanınmış parlamentar və media qurumları daxil edilir. Azərbaycan bu siyahıda ilk dəfə təmsil olunur. /APA/
Media
Tanınmış jurnalist Hidayət Elvüsal vəfat edib
12:02
8 sentyabr 2024
Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb
15:39
3 sentyabr 2024
MEDİA: “Azadlıq Radiosu”nun mənbəyi bilinməyən qərəzli məlumatları media etikasına ziddir
17:06
1 sentyabr 2024
Baş Prokurorluq media subyektlərinə müraciət edib
15:07
28 avqust 2024