Jurnalistlərin bu gün keçirdiyi əvvəlcədən elan olunmamış icazəsiz aksiyada saxlanılanlar sərbəst buraxılıb

Jurnalistlərin bu gün keçirdiyi əvvəlcədən elan olunmamış icazəsiz aksiyada saxlanılanlar sərbəst buraxılıb. Bu barədə APA-ya “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid məlumat verib. Onun sözlərinə görə, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, qəzetin redaktoru Zabil Müqabiloğlu və “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu Sabir bağında saxlanıldıqdan sonra 9-cu polis bölməsinə aparılıblar. Onlar polis bölməsində bir saat saxlanılıblar. Q. Zahid jurnalistlərdən izahat alındıqdan sonra onların sərbəst buraxıldıqlarını deyib. /APA/