Azərbaycan Mətbuat Şurasının şikayətlər komissiyasının iclası keçirilib

Azərbaycan Mətbuat Şurasının (MŞ) şikayətlər komissiyasının iclası keçirilib. MŞ-dan APA-ya daxil olan məlumata görə, iclasda 7 məsələ müzakirə olunub. Komissiyanın sədri Qulu Məhərrəmli bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Reytinq” və “24 saat”, Beyləqan rayon Mərkəzi Xəstəxanasının baş həkimi Zöhrab Quliyev “Sabah news”, Sabirabad rayonunun Güdəcuhur kənd sakinləri “Bakı xəbər”, Ağcabədi rayon Hacıbədəlli bələdiyyəsi “Sərqin xəbərləri”, Azərbaycan İctimai-Siyasi Universiteti “Aydın fikir” qəzetləri ilə bağlı şikayət edib. Mətbuat Şurasından bildiriblər ki, sözügedən mətbuat orqanlarında dərc edilən və şikayətə səbəb olan yazılarda Jurnalistlərin Peşə Davranış Qaydaları Kodeksi pozulub. /APA/